Azərbaycanda operativ nəqliyyat vasitələrinin siyahısı genişləndirildi

03.02.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Bununla bağlı President.az məlumat yayıb.

Dəyişikliklə operativ nəqliyyat vasitələrinin siyahısı genişlənib.

Belə ki, səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri də operativ nəqliyyat vasitələri hesab ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью