Azərbaycanda orta aylıq nominal əməkhaqqı 8%ə yaxın artıb

12.12.2024

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2024-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 % artaraq 993,2 manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью