Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

09.10.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 9 oktyabr, AZƏRTAC

2025/2026-cı tədris ilinin əvvəlinə dövlət orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin (əsas heyət) sayı 6034 nəfər olub. Bu göstərici 2024/2025-ci tədris ilində 6083 nəfər təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” statistik məcmuəsində qeyd olunub.

Komitənin məlumatına əsasən, 2025/2026-cı tədris ilinin əvvəlinə dövlət orta ixtisas təhsili müəssisələrində 7 nəfər elmlər doktoru, 92 nəfər fəlsəfə doktoru fəaliyyət göstərib. Elmi adı olanların 8-i professor, 27-si dosentdir.

Qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində isə professor-müəllim heyətinin sayı 2025/2026-cı tədris ilinin əvvəlinə 318 nəfər təşkil edib. Bu göstərici 2024/2025-ci tədris ilində 291 nəfər olub. 2025/2026-cı tədris ilinin əvvəlinə qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində 2 nəfər elmlər doktoru, 12 nəfər fəlsəfə doktoru çalışıb. Elmi adı olanların 2-si professor, 4-ü dosentdir. Beləliklə, son tədris ilində dövlət orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin sayı 49 nəfər azaldığı halda, qeyri-dövlət müəssisələrində 27 nəfər artıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью