Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 172,1 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 71,5 manat və ya 6,5% çoxdur. Belə ki, 2025-ci ilin yanvar-aprel aylarında ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1 100,6 manat olub.
Valyuta.az xəbər verir ki, hesabat dövründə ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində qeydə alınıb. Bu sahədə çalışanlar orta hesabla 4 327,8 manat əməkhaqqı alıblar ki, bu da ölkə üzrə orta göstəricidən təxminən 3,7 dəfə çoxdur.
Aşağıdakı cədvəldə 2026-cı ilin yanvar-aprel aylarında ən yüksək əməkhaqqı ödənilən sahələr və onların ötən ilin eyni dövrü ilə müqayisəsi təqdim olunur:
İqtisadi fəaliyyət növü 2026 (manat) 2025 (manat) Dəyişmə (manat) Dəyişmə (%) Mədənçıxarma sənayesi 4 327,80 3 820,50 507,3 13,30% Maliyyə və sığorta fəaliyyəti 3 261,50 3 290,80 -29,3 -0,90% İnformasiya və rabitə 2 158,80 1 895,80 263 13,90% Peşə, elmi və texniki fəaliyyət 1 989,90 1 876,80 113,1 6,00% Dövlət idarəetməsi və müdafiə; sosial təminat 1 707,20 1 441,30 265,9 18,40% Nəqliyyat və anbar təsərrüfatı 1 559,20 1 574,30 -15,1 -1,00% Digər sahələrdə xidmətlərin göstərilməsi 1 415,40 1 271,60 143,8 11,30% Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 1 352,80 1 301,90 50,9 3,90% Tikinti 1 249,80 1 150,80 99 8,60% Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 1 146,00 1 101,80 44,2 4,00% 11.06.2026