Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 63 milyard 511,3 milyon manat təşkil edib.
Marja.az Əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 9,4% artıb.
Yanvar-iyul aylarında illik artım 9,8% idi. Beləliklə, gəlirlərin artım tempi 0,4 faiz bəndi zəifləyib.
AZƏRBAYCANDA ORTA MAAŞ 1176,7 MANATA ÇATIB
Azərbaycanda 2026-cı ilin yanvar-iyul ayları üzrə orta aylıq nominal əməkhaqqı 1176,7 manat təşkil edib.
Orta əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 7,2% artıb.
Əvvəlki müqayisəli göstərici 7% idi. Beləliklə, əməkhaqqının illik artım tempi 0,2 faiz bəndi yüksəlib.