Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi 2026-cı il oktyabr ayının 1-i tarixinə 18 milyard 440 milyon manat təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 3.5% çoxdur.
Hesabata görə, cəmi biznes kreditləri portfelinin 503.4 mln. manatı və ya 2.7%-i qeyri-işlək kreditlər olub.
Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 10 mlrd. 159 mln. manatı iri sahibkarlığa, 2 mlrd. 355 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 835 mln. manatı kiçik sahibkarlığa, 4 mlrd. 91 mln. manatı isə mikro sahibkarlığa verilib.
Bizi sosial şəbəkələrdən izləyin!!