Azərbaycanda otel otaqlarının 80% ə yaxını boş qalıb

25.07.2025

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Bu ilin yanvar-iyun aylarında mehmanxana (otel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 21,4% olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumata istinadən xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 21,1% təşkil edib.
Qeyd edək ki, otellərin birdəfəlik tutumundan istifadə səviyyəsi Şabranda 51,5%, Naftalanda 40,2%, Bakıda 34,1%, Qusarda 31,6%, Sabirabadda 27,4%, Qəbələdə 22,1%, Bərdədə 19,5%, Lənkəranda 17,9%, Şamaxıda 17,4%, Qubada 17,1%, Biləsuvarda 16,3%, Beyləqanda 16%, Ağstafada 15,8%, digər şəhər və rayonlarda isə 15,8%-dən aşağı olub.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью