Azərbaycanda ötən ay illik inflyasiya 5% i ötüb

12.02.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2024-cü ilin yanvar ayına nisbətən 105,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 105 faiz, qeyri-qida məhsulları üzrə 102,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,4 faiz təşkil edib.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, 2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101 faiz təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью