Azərbaycanda ötən ay internetin sürəti azalıb

24.11.2026

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin oktyabr ayında Azərbaycan mobil internetin sürətinə görə 100 ölkə arasında 96,17 MB/S sürətlə 49-cu yerdə qərarlaşıb. Azərbaycanın mövqeyi sentyabr ayı ilə müqayisədə 2 pillə geriləyib.

Banco.az “Speedtest Global Index”in hesabatına istinadən xəbər verir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 150 ölkə arasında 83-cü yerdə qərarlaşıb. Burada isə Azərbaycan mövqeyində 2 pillə geriləyib.

Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 93,51 MB/S olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью