Azərbaycanda ötən gün 45 nəfər saxlanılıb RƏSMİ AÇIQLAMA

31.10.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən oktyabrın 30-da ölkə ərazisində keçirilən tədbirlər nəticəsində bir sıra hüquqpozma faktları aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 129 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 102 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər isə saxlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью