Azərbaycanda ötən il istehlakçılara 426 min manat geri qaytarılıb

24.01.2025

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2024-cü ildə istehlakçılardan daxil olan müraciətlər əsasında 426 min manatadək vəsaitin geri qaytarılmasını təmin edib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Dövlət Xidməti tərəfindən istehlakçıların maraqlarının qorunması sahəsində atılan addımlar istehlakçılar və sahibkarlar arasında etibarlı əməkdaşlıq mühitinin formalaşmasını, etimadın artırılmasını və uzunmüddətli perspektivdə biznes subyektləri tərəfindən istehlakçı məmnunluğunun təmin edilməsini təşviq edir”, - deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью