Azərbaycanda ötən il orta illik inflyasiya 2 %dən çox olub

15.01.2025

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2024-cü ildə Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 102,2 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 101,3 %, qeyri-qida məhsulları üzrə 101,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104 % təşkil edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki ilin eyni ayına nisbətən 104,9 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 105,5 %, qeyri-qida məhsulları üzrə 102,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 106,3 % olub.

Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101 % təşkil edib. O cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102 % təşkil edib.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью