Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ötən il ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 243,2 milyon ton yük daşıyıb.
Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 4,4 milyon ton və ya 1,8 % çoxdur.
Hesabat dövründə nəqliyyatçılar 2 milyard 215,1 milyon sərnişinə xidmət göstəriblər. Bu, bir il öncəki göstərici ilə müqayisədə 127,1 milyon sərnişin və ya 6,1 % çoxdur.
2025-ci ildə qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,2 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 80,4 % təşkil edib.
Oxunub 50