Azərbaycanda ov turizmi üçün iki təsərrüfat yenidən qurulacaq

21.08.2026

Marja.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.

Marja xəbər verir ki, Azərbaycanda ov turizminin inkişaf etdirilməsi məqsədilə ən azı iki ov təsərrüfatının yenidən qurulması nəzərdə tutulur.

2027–2030-cu illərdə beynəlxalq təcrübə əsasında nümunəvi ov təsərrüfatı modeli hazırlanaraq təsdiq ediləcək.

Turizm potensialına malik ov təsərrüfatları seçiləcək, onların infrastrukturu qiymətləndiriləcək və yenidənqurma üçün layihə-smeta sənədləri hazırlanacaq.

Proqramın sonunda ən azı iki təsərrüfatın beynəlxalq standartlara uyğun şəkildə yenidən qurularaq istifadəyə verilməsi planlaşdırılır.

Layihələrin ovçuluq fəaliyyətinin nəzarətli və qanunvericiliyə uyğun təşkilinə, turizm gəlirlərinin artırılmasına və regionlarda yeni xidmətlərin formalaşmasına yönələcəyi gözlənilir.

Ov turizminin inkişafı zamanı biomüxtəlifliyin qorunması, ov limitlərinin müəyyən edilməsi və ekoloji tarazlığın saxlanılması əsas tələblərdən olacaq.

İş elanları AzVak.az-da

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью