Azərbaycanda oynamış basketbolçu dopinqə görə diskvalifikasiya edilib

28.08.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 28 avqust, AZƏRTAC

Ötən mövsüm “Sumqayıt”ın heyətində çıxış etmiş basketbolçu Ceyvon Deniels 3 ay müddətinə diskvalifikasiya olunub.

AMADA-dan AZƏRTAC-a verilən məlumata görə, oyunçunun nümunəsində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerlərinin mövcudluğu ortaya çıxıb.

Oyunçunun cəzasının müddəti avqustun 1-dən oktyabrın 31-nə qədər olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью