Azərbaycanda oynamış hücumçu Qvatemalada klubunu dəyişdi

15.01.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sabah” və “Zirə”nin sabiq hücumçusu Xulio Rodriqes Qvatemalada klubunu dəyişib.

Futbolpress.az xəbər verir ki, 35 yaşlı futbolçu “Atletiko Miçtlan”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paraqvaylı hücumçu ilə müqavilənin detalları açıqlanmayıb.

Rodriqes bundan öncə Qvatemalada “Xinabayul”da çıxış edib.

Forvard 2019/20 mövsümündə “Zirə”də, 2020-2022-ci illərdə isə “Sabah”ın formasını geyinib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью