Azərbaycanda oynayan daha bir legioner milli komandasına dəvət alıb

11.03.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

“Kəpəz”in üzvü Şervoni Mabatşoev milliyə çağırılıb. 

QOL.az xəbər verir ki, bu haqda klub məlumat yayən.

Yarımmüdafiəçi qarşıdakı iki oyun üçün Tacikistan yığmasına dəvət alıb. Tacikistan komandası əvvəlcə martın 20-də Belarusla yoxlama matçı keçirəcək. 

Bundan 5 gün sonra isə Asiya Kuboku-2027-nin seçmə oyunları çərçivəsində Timor-Leste ilə qarşılaşacaq. 

Hər iki görüş Düşənbədə keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью