Azərbaycanda oynayan legioner ölkəsində rəmzi komandaya düşüb

25.02.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“Neftçi”nin futbolçusu Mustafa Sek legioner həyatı yaşayayn seneqallı oyunçulardan ibarət həftənin rəmzi komandasına düşüb.

QOL.az xəbər verir ki, 29 yaşlı futbolçu Misli Premyer Liqasının 24-cü turunda "Sumqayıt"a qarşı oyundakı (1:0) performansı ilə bu siyahıda yer alıb.

"Wiwsport" portalı "ağ-qaralar"ın müdafiəçisi barədə yazıb: "Ötən yaydan Azərbaycanda çıxış edən Mustafa Sek Portuqaliyada 4 çətin ildən sonra yenidən futboldan tam həzz almağa başlayıb. 29 yaşlı müdafiəçi “Neftçi”nin heyətində bir sra yaxşı oyunlar keçirməyi bacarıb. Onlardan biri də ötən həftə “Sumqayıt”a qarşı  görüş oldu. Müdafiənin sol cinahında çıxış edən Sek təkbətək mübarizələrdən etibarlı çıxa bilmişdi".

Qeyd edək ki, Musfata Sek 2024-cü il avqustundan "Neftçi”də çıxış edir. O, bu mövsüm "Neftçi"də 21 oyuna çıxıb və 2 qol ötürməsi edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью