Azərbaycanda oynayan legioner Polşa ilə matçın iştirakçısı oldu

07.06.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Araz Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinin heyətində növbəti oyuna çıxıb.

QOL.az xəbər verir ki, 30 yaşlı futbolçusu Polşa millisinə qarşı səfərdəki yoxlama matçında əsas heyətdə yer alıb və sonadək oynayıb. Görüş Polşa komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qolları M.Keş (30-cu dəq.) və B.Sliş (88) vurublar.

Qeyd edək ki, bu, K.Avramın əsas milli komandada 12-ci oyunu olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью