Azərbaycanda özəl pensiya fondları yaradılacaq

10.12.2024

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq.
Reyting.az
xəbər verir ki, bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan bildiriblər.
Qeyd edilib ki, “Qeyri-dövlət pensiya fondları haqqında” Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyəti qurumlara təqdim olunub.
Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır.

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью