Azərbaycanda özəl pensiya fondları YARADILIR

10.12.2024

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq.

Bakupost.az “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə sorğuya cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd edilib ki, “Qeyri-dövlət pensiya fondları haqqında” Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyəti qurumlara təqdim olunub.

Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью