Azərbaycanda özünə ad günü keçirən iş adamının evi qarət edildi | Icma.az
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Naftalanda sahibkarın mənzili qarət edilib.
Oxu.Az-ın məlumatına görə, hadisə sahibkarın ad günü məclisi zamanı baş verib.
İş adamı İlkanə Əmiraslanova Goranboy rayonu, Tapqaraqoyunlu kəndində ailəsinə məxsus restoranda özünə ad günü ziyafəti təşkil edib.
Bu fürsətdən istifadə edən kənd sakini Arif Vəliyev əvvəldən tanıdığı, İlkanənin xalası oğlu Elvin Əliyevlə cinayət əlaqəsinə girərək qadının mənzilini qarət etmək qərarına gəlib.
O, bu məqsədlə Elvinə zəng edərək İlkanənin maşınından onun mənzilinin açarını oğurlamağı tapşırıb.
Ad günü məclisində olan Elvin buna razılıq verib və İlkanənin idarə etdiyi "Range Rover" markalı avtomobildən mənzilin açarlarını götürüb Arifə verib.
Arif isə Hikmət adlı tanışının avtomobili ilə sahibkarın ünvanına gedərək mənzilə daxil olub, evdən 60 min manat və 50 min manatlıq qızıl-zinət əşyaları götürüb.
O, Hikmətə 2000 manat verib və Gəncə Hava Limanına yollanıb. Arif hava limanından dərhal bilet alaraq Rusiyaya gedib.
Tam oxu
Xəbəri oxu