Azərbaycanda PARTLAYIŞ Ölənlər var

31.01.2025

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb.

News24.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Tns.az saytı yayıb.

Məlumata görə, hadisə nəticəsində 2 uşaqla anası, babası və dayısı həlak olub. Onların 3-ü hadisə yerində, ikisi isə xəstəxanada vəfat edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью