Azərbaycanda PARTLAYIŞ Yaralılar var

26.08.2025

Icma.az, News24 saytına istinadən bildirir.

Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alanlar var.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü E.Ələkbərov, 1983-cü il təvəllüdlü N.Şükürov, 1991-ci il təvəllüdlü M.Sadıqzadə və 1977-ci il təvəllüdlü K.Əzimov yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar Kəlbəcərdə yeni inşa olunmuş binalardan birində qaz xəttinin çəkilişində çalışanlardır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью