Azərbaycanda pensiya 536 manat olacaq

21.11.2024

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.


2025-ci ildə Azərbaycanda orta aylıq pensiyanın 536 manat olacağı proqnozlaşdırılır. 


Missiya.Az  xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.

 Sənədə əsasən, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,2 % çoxdur. Ötən il ölkədə orta aylıq pensiya 441 manat təşkil edib. Bu il bu rəqəmin 491 manat olacağı gözlənilir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью