Azərbaycanda pensiya məbləği bu qədər olacaq

21.11.2024

Icma.az, Milli.az saytına istinadən bildirir.

2025-ci ildə Azərbaycanda orta aylıq pensiyanın 536 manat olacağı proqnozlaşdırılır.

Milli.Az xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,2 % çoxdur.

Ötən il ölkədə orta aylıq pensiya 441 manat təşkil edib. Bu il bu rəqəmin 491 manat olacağı gözlənilir.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью