Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24.11.2025

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı (PMS) əldə edənlərin 6 208 nəfərə çatıb.

"Cebheinfo.az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, PMS almış şəxslərin dövlət reyestri yenilənərək Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) bu ilin iyul ayında peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrə), avqust ayında isə II mərhələsi (qanunvericilik üzrә) keçirilib. İmtahan vermək üçün I mərhələ üzrə 1 416, II mərhələ üzrə isə 984 nəfər müraciət etmişdi.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью