Azərbaycanda plastik əməliyyatların sayı son 5 ildə 2 dəfəyə yaxın artıb

11.08.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Azərbaycanda plastik əməliyyatların sayı son 5 ildə 2 dəfəyə yaxın artıb.

BAKU.WS-in sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsi Azərbaycanda plastik və estetik əməliyyatların son 5 ilə dair statistikasını açıqlayıb.

Rəsmi məlumata görə, 2020-ci ildə ölkədə 9 251 plastik əməliyyat icra olunub. Bu rəqəm 2024-cü ildə 16 408-ə yüksələrək 77 faiz artım qeydə alıb. Onların içində estetik əməliyyatların sayı isə 2020-ci ildə 5 252 olduğu halda, 2024-cü ildə 10 766-ya çatıb.

İllər üzrə göstəricilər belədir:

2020: 9 251 plastik əməliyyat, onlardan 5 252 estetik əməliyyat

2021: 11 518 plastik, 6 061 estetik əməliyyat

2022: 11 269 plastik, 7 265 estetik əməliyyat

2023: 14 647 plastik, 9 441 estetik əməliyyat

2024: 16 408 plastik, 10 766 estetik əməliyyat

Şahanə Xankişiyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью