Azərbaycanda polis bu şəxsi axtarır Arvadının qulağını kəsib qaçdı

14.02.2025

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Göygöl rayon Polis Şöbəsinə rayon sakini G. Allahverdiyevanın kəsici-deşici alətlə qulaq nahiyəsindən dərəcəsi təyin edilməyən xəsarət alması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Moderator.az-a bildirib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir: "Hadisəni törətməkdə şübhəli bilinən şəxs zərərçəkənin qulağını kəsməyib. Münaqişə nəticəsində qulaq nahiyəsinə xəsarət yetirib. Faktla bağlı əlavə məlumat veriləcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью