Azərbaycanda polis ehtiyatsızlıqdan həyatını itirdi

16.11.2024

Icma.az, Manset portalına istinadən məlumat verir.

Tərtərdə polis nəfəri vəfat edib.

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Tərtər rayonunda polis nəfəri xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis serjantı Vüsal Məmmədov göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью