Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Texniki Universitetində yeni təyinat olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, ehtiyatda olan polkovnik Elşən Qiyas oğlu Həşimov Azərbaycan Texniki Universitetinin Nəqliyyat və logistika fakültəsinin dekanı təyin edilib.
Qeyd edək ki, Elşən Həşimov 2015-2020-ci illərdə Hərbi Akademiyanın Adyunktura və Elm şöbəsinin rəisi-professor vəzifəsində çalışıb. 2020-2022-ci illərdə o, Hərbi Akademiyanın Adyunktura və Elm şöbəsinin Adyunkturasında professor-məsləhətçi vəzifəsində işləyib. 2022-ci ildən isə Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda professor-məsləhətçi (Elmi katib) vəzifəsində çalışır.