Azərbaycanda POS terminalların sayı 119 min ədədi ötüb

10.03.2025

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

1 yanvar 2025-ci il tarixinə dövriyyədə olan POS-terminalların sayı 2023-cü illə müqayisədə 38.4% artaraq 119.5 min ədədə bərabər olub.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, təmassız ödənişləri qəbul edən POS-terminalların sayı isə müvafiq dövr ərzində 41.4% artaraq 117.3 min ədəd təşkil edib.

Quraşdırılmış POS-terminalların 98.1%-i təmassız ödənişləri dəstəkləyir. 

Məlumata görə, ən çox POS-termial Bakı (73 042), Abşeron-Xızı (8 126) və Gəncə-Daşkəsən (5 490) iqtisadi ərazisinin payına düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью