Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bank sistemi və “Azərpoçt” MMC üzrə ödəniş xidməti şəbəkəsində POS-terminalların sayı avqustun sonunda 141 min 696 ədəd təşkil edib.
Marja.az Azərbaycan Mərkəzi Bankının “Statistik bülleten”inin 2026-cı ilin avqust buraxılışına istinadən xəbər verir ki, 2026-cı ilin iyul ayının sonu ilə müqayisədə POS-terminalların sayı 23 min 638 ədəd və ya 14,3% azalıb.
2025-ci ilin sonu ilə müqayisədə azalma 42 min 524 ədəd və ya 23,08%, 2025-ci ilin avqustu ilə müqayisədə isə 10 min 652 ədəd və ya 6,99% təşkil edib. Bu göstərici avqust bülletenində ən diqqətçəkən aylıq geriləmələrdən biridir.
2025-ci ilin sonunda POS-terminalların sayı 184 min 220 ədədə, 2026-cı ilin sounda isə 185 min 361 ədədə çatmışdı.