Azərbaycanda pravoslav xristianları Milad bayramını qeyd edirlər FOTOLAR

24.01.2025

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda yaşayan pravoslavlar xristianlığın ən müqəddəs bayramlarından hesab olunan Milad bayramını qeyd edirlər.

Gununsesi.info xəbər verir ki, bayram üçün hər kəs toplaşdıqdan sonra dini ayinlərin icrası üçün Rus Pravoslav kilsəsində mərasim təşkil edilib.

Hər il olduğu kimi, Azərbaycanın pravoslav xristian icması Milad bayramını təntənə ilə qeyd edir. Pravoslavlar kilsədə şamlar yandıraraq sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər.

Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью