Azərbaycanda problemli kreditlər 2% dən çox artıb

02.04.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

2025-ci il mart ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 480.1 milyon manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari il fevral ayının 1-i ilə müqayisədə 1.1% və ya 5 milyon manat çoxdur.

Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 2.3% və ya 10.9 milyon manat artıb.

Qeyd edək ki, cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.28 faiz bəndi azalaraq 1.63% təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью