Azərbaycanda problemli kreditlərin məbləği 12 % dən çox artıb

29.09.2025

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 530,9 milyon manat təşkil edib.

Sitat.info Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,3 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 18,2%, son 1 ildə isə 12,2 % artıb.

Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət iyulun sonuna da 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il avqustun sonuna isə 1,7 % olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью