Azərbaycanda problemli kreditlərin məbləği cüzi azalıb

25.09.2026

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin sentyabrın 1-i tarixinə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 721.8 milyon manat təşkil edib.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edək ki, problemli kreditlər 1 ay əvvəllə müqayisədə 0,2% azalıb, 2025-ci ilin eyni dövrünə nisbətən isə 36% artıb.

Sentyabr ayının əvvəlinə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2.1% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью