Azərbaycanda problemli kreditlərin məbləği son bir ildə 36 % dən çox artıb

29.07.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 719,4 milyon manat təşkil edib.
Bizim.Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 13,2 % çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 37,1 %, son 1 ildə isə 36,4 % artıb.
İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1 % təşkil edib. Bu nisbət mayın sonuna da 1,9 %, ötən ilin sonuna 1,6 %, ötən il iyunun sonuna isə 1,7 % olub.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью