Azərbaycanda psixoloji problemi olanların sayı sürətlə artır Son 6 ilin göstəriciləri

05.06.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Ötən il ərzində Azərbaycanda 24 min 228 nəfərdə psixi pozuntular və davranış pozuntuları qeydə alınıb.
Yeniavaz.com
açıqlanan sonuncu rəsmi məlumatlara istinadən xəbər verir ki, psixi pozuntular və davranış pozuntuları diaqnozu qoyulan xəstələrin sayı əvvəlki illə müqayisədə 8,8% artıb.
Belə ki, 2023-cü ildə Azərbaycanda 22 min 273 nəfərə psixi pozuntular və davranış pozuntuları diaqnozu qoyulub.
Onu da qeyd edək ki, son 6 ildə psixi pozuntular və davranış pozuntuları diaqnozu qoyulan xəstələrin sayı davamlı olaraq artır.
Aşağıda illər üzrə ilk dəfə psixi pozuntular və davranış pozuntuları diaqnozu qoyulan xəstələrin sayı göstərilib:
2019-cu il – 11 718 nəfər;
2020-ci il – 12 334 nəfər;
2021-ci il – 14 409 nəfər;
2022-ci il – 18 561 nəfər;
2023-cü il – 22 273 nəfər;
2024-cü il – 24 228 nəfər.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью