Azərbaycanda PUA larla bağlı qanuna dəyişiklik edilir

19.06.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda mülki təyinatlı avtonom pilotsuz uçuş aparatlarının (PUA) dövriyyəsi xüsusi icazə tələb edən əşyalar siyahısına əlavə olunur.

Ölkə.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məcisin bu gün keçirilən iclasında müzakirə edilən “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik təklif edilir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью