Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sabirabad rayonunda 35 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabirabad rayonunun kəndlərindən birində baş verib. 1991-ci il təvəllüdlü Nəcəf yaşadıqları evdə həyat yoldaşı İlhamə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında münasibətlərin pozulması səbəbi ilə baş vermiş münaqişə zamanı o, yumruqla arvadının baş və bədən nahiyələrinə vurub.
Faktla bağlı Nəcəfin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Nəcəf ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Sabirabad rayonunun kəndində yaşayır:
“Zərərçəkmiş İlhamə mənim həm qohumum, həm də həyat yoldaşımdır. İlhamə ilə 2011-ci ildən ailə həyatı qurmuşam, birgə nikahdan iki övladımız var”.
Təqsirləndirilən şəxs deyib ki, qayınatası Bəşir ilə 1 ildən çoxdur münasibətlərinin olmaması, son vaxtlar gözündə olan problemlə bağlı işləyə bilmədiyi üçün maddi durumunun aşağı olması səbəbindən yaşadığı evdə olan döşəmə taxtalarını 80 manata satıb:
“Həmin puldan 30 manat həyat yoldaşım İlhaməyə verdim. Həmin gün, saat 22 radələrində yaşadığım evdə olan zaman İlhamədən 30 manat pulu hara xərclədiyini soruşdum. O, evə ərzaq aldığını bildirdi. İlhaməyə evə qənd və yağdan başqa heç nə almadığını, pulun qalan hissəsini nəyə xərclədiyini soruşdum. İlhamə isə təkidlə ərzaq aldığını bildirdi. Mən də əsəbləşərək onun baş, qol və ayaq nahiyələrinə yumruqla vurdum. Sonra yataq otağına keçərək yatdım”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşmançılıq hissi keçirdiyini, iş üzrə zərərçəkmiş şəxsin onunla barışdığını, zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.
Fariz Məlikli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabirabad rayonunun kəndlərindən birində baş verib. 1991-ci il təvəllüdlü Nəcəf yaşadıqları evdə həyat yoldaşı İlhamə (adlar şərtidir – red.) ilə mübahisə edib.