Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Masallı rayonunda qətl hadisəsi baş verib.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə iyunun 11-i saat 05 radələrində dünən Şıxlar kəndi ərazisində qeydə alınıb.
Naməlum şəxs kənd sakini 1957-ci il təvəllüdlü Elmira Əmənovanın evinə daxil olaraq onu balta ilə qətlə yetirib.
Polis əməkdaşları hadisəni törədən şəxsin saxlanılması ilə bağlı tədbirlər görürlər.