Azərbaycanda qadın futbolçu rəqibini yumruqla vurdu Video

13.10.2025

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AFFA Yüksək Qızlar Liqasının II turunda keçirilən “Neftçi” – “Liman” oyunu qalmaqalla yadda qalıb.

“Qafqazinfo” xəbər verir ki, “Palms Sport Arena”da baş tutan qarşılaşmanın 12-ci dəqiqəsində “Neftçi”nin və Azərbaycan milli komandasının üzvü Coşqunə Əliyeva rəqib futbolçu Mələk Hacıyevaya yumruq zərbəsi endirib.

Hadisədən sonra baş hakim C. Əliyevaya birbaşa qırmızı vərəqə göstərərək onu meydandan kənarlaşdırıb.

Qeyd edək ki, qarşılaşma “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью