Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sosial şəbəkələrdə bir qadının zorakılığa məruz qalması ilə bağlı iddialar yayılıb.
"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, qadın bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.
Onun paylaşdığı videoda bədənindəki xəsarətlər əks olunub. Qadının iddiasına görə, o, Abbas Həsənli adlı şəxs tərəfindən zorakılığa və təhdidlərə məruz qalıb.
Digər paylaşımda isə adının Abbas Həsənli olduğu iddia edilən şəxsin qadının evinə hücum etdiyi, pəncərəyə daş atdığı görüntülər yer alıb. A.Həsənlinin qazi olduğu deyilir.
Məlumata görə, hadisə polis tərəfindən araşdırılır.