Azərbaycanda qadını oğurladılar Polis bu ərazidən tapdı KONKRET

04.02.2025

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İmişlidə qadın oğurlanıb.

KONKRET.az xəbər verir ki, rayon Polis Şöbəsinə rayonun Boşçalılar kənd sakini olan bir qadının naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin qadının olduğu “Mercedes” markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilərək saxlanılıb, əməli törətməkdə şübhəli bilinən Elbrus Cəfərov, Vasif Məmmədov və İlkin Şirinov tutularaq istintaqa təqdim olunublar.

Faktla əlaqədar İmişli rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib./lent.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью