GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ötən gün kişilərlə bağlı açıqlanan statistik rəqəmlər ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında ölkədə 58 kişinin gender əsaslı zorakılığa məruz qaldığı qeyd olunub.
Bəziləri bunu gülüşlə qarşılasalar da, bir qisim yaxşı hal olmadığını bildirib.
Hətta fiziki baxımdan zəif kişilərin sığınacağa yerləşdirilməsi də təklif edilib.
Globalinfo.az-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib ki, nadir hallarda kişi qadın tərəfindən döyülür: “Statistika açıqlansa da, səbəbi qeyd olunmur.
Azərbaycanda kişiyə əl qaldırmaq, kobud davranmaq ənənəsi yoxdur. Fikrimcə, qarşı cinsin döyülmə səbəbi müxtəlif ola bilər.
Məsələn, alkoqol asılılığı və ya qadına qarşı davamlı zorakılıq hərəkətlərinin buna şərait yaratması mümkündür.