Azərbaycanda qadınların pensiya yaşlarına yenidən baxılsın TƏKLİF

27.11.2024

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda qadınların pensiya yaşlarına yenidən baxılması təklif edilib.

Adalet.az xəbər verir ki, bu təkliflə Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov çıxış edib.

"Bu gün reallıq ondan ibarətdir ki, müəyyən bir yaşa gəldikdən sonra insanlar iş tapmaqda əziyyət çəkirlər. Cəmiyyətin bu məsələdən ən çox əziyyət çəkən üzvlərindən biri də qadınlardır. Bu məsələ ilə də bağlı bizə çoxlu müraciətlər var", - deyə deputat bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью