Azərbaycanda qanunsuz dini təbliğat təşkil edən əcnəbilər müəyyənləşdirildi: onlar deportasiya edildi

04.06.2025

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycanda qanunsuz dini təbliğat təşkil edən əcnəbilərin əməllərinin qarşısı alınıb. Həmçinin onların haqqında hüquqi tədbirlər görülüb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidməti birgə məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisində qanunvericiliyin tələblərini pozaraq dini təbliğat aparmaları barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidməti birgə tədbirlər həyata keçirib. Tədbirlər nəticəsində başqa dövlətin ərazisində yerləşən dini mərkəzin üzvləri olan əcnəbilər - 1968-ci il təvəllüdlü Şeyx Məhəmməd Hənif (Shaikh Muhammad Hanif), 1981-ci il təvəllüdlü Kərim Bux (Kareem Bux) və 1968-ci il təvəllüdlü Çanna Tac Məhəmmədin (Channa Taj Muhammad) Azərbaycanda qeyri-ənənəvi dini cərəyana aid ideyaların təbliği istiqamətində fəaliyyət göstərmələri, qanunsuz qapalı dini yığıncaqlar və dini ayinlərin icrasını təşkil etmələri təsbit olunub.

Toplanmış materiallar əsasında, adları qeyd olunan xarici ölkə vətəndaşlarının “Dini etiqad azadlığı haqqında” qanunun tələblərinə zidd fəaliyyət göstərmələri müəyyənləşdirilib. Onların bu əməllərinin qarşısı alınıb və həmin şəxslər Miqrasiya Məcəlləsinin 79.1.2 maddəsinə əsasən ölkə hüdudlarından çıxarılıb.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью