Azərbaycanda qar voleybolu üzrə ilk toplanış FOTO İdman və Biz

30.12.2024

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən ilk dəfə olaraq qar voleybolu üzrə test xarakterli turnir və təlim-məşq toplanışı təşkil olunub.

İdman.biz xəbər verir ki, məşqlər dekabrın 28-29-da Şahdağ Turizm Mərkəzində baş tutub.

Burada oyunların keçirilməsi üçün qar voleybolu meydançası hazırlanıb. Qar voleybolu üzrə ilk təlim-məşq toplanışında çimərlik voleybolu üzrə qadınlardan və kişilərdən ibarət milli komandaların oyunçuları iştirak ediblər. Onlar arasında test xarakterli oyunlar da təşkil olunub.

Qeyd edək ki, qış aylarında AVF tərəfindən qar voleybolu turnirlərinin keçirilməsi planlaşdırılır.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью