Azərbaycanda qardaş bacısını BIÇAQLADI

01.12.2024

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü G. Mirzəyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Qadın dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkənin qardaşı, 2002-ci il təvəllüdlü Emin Verdiyevin yerinin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью